Yığmamız Milana gedir

Hit: 576
Yığmamız Milana gedir
İyulun 22-dən 29-dək İtaliyanın Milan şəhərində ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi keçiriləcək.
 
Faktor.az xəbər verir ki, Ağır Atletika Federasiyasından verilən məlumata görə, 40-a yaxın ölkədən 388 idmançının (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
 
Milandakı birincilikdə Azərbaycan yığması geniş heyətlə iştirak edəcək.
 
Oğlanlar
 
15 yaşa qədər: Şükürzadə Elvin (50 kq), Məmmədov Elşən, Həsənov Fuad (hər ikisi – 56 kq), Əliyev Murad, Nəbiyev Kamil (hər ikisi – 62 kq), Mamayev Yaşar (77 kq), Şükürlü Əli (85 kq), Quliyev Əli (94 kq).
 
17 yaşa qədər: Cavadov Ömər (50 kq), Alxasov Sale (56 kq), Qasımov Rüstəm, Hüseynov Elməddin (hər ikisi – 62 kq), Əliyev Füqan (69 kq), Alxasov Əlimərdan, Baxışov İsmayıl (hər ikisi – 77 kq), Babayev Tarmenxan (85 kq).
 
Qızlar
 
15 yaşa qədər: Muxtarlı Günel (44 kq), Qarayeva Selcan (48 kq), İmanova Fazilə (53 kq), Mayılov Səma, Opanasyuk Anna (hər ikisi – 58 kq), Mirzəzadə Fidan (63 kq), Hüseynova Rahilə (69 kq).
 
17 yaşa qədər: Rzazadə Lalə (58 kq), Hüseynzadə Fidan (69 kq).

 









Redaktorun seçimi