Qurban Qurbanov üçün əlamətdar oyun

Hit: 540
Qurban Qurbanov üçün əlamətdar oyun

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

Faktor.az xəbər verir ki, 46 yaşlı mütəxəssis baş məşqçi kimi 80-ci avrokubok sınağına çıxacaq.

Sloveniyanın “Olimpiya” klubu ilə görüşədək Qurbanovun hesabında 79 oyun var. Qitə miqyaslı turnirlərdə 2007-ci ildə “Neftçi”nin baş məşqçisi kimi debüt edən mütəxəssis iki komandanı – “ağ-qaralar”la indiki klubunu qitə səhnəsinə çıxarıb.

Bu qarşılaşmalarda Qurbanovun komandaları 33 qələbə qazanıb. Onun yetirmələri 22 dəfə heç-heçə edib və 24 dəfə uduzub.

Arxada qalan 79 matçda 87 qola sevinən mütəxəssis qapıçılarının 81 üzüntüsünə şahid olub.









Redaktorun seçimi