Mbappe gələcəyi ilə bağlı qərarını açıqladı

Hit: 368
Mbappe gələcəyi ilə bağlı qərarını açıqladı

Kriştiano Ronaldonun “Yuventus”a transferindən sonra adı “Real”la yanaşı hallanan Kilian Mbappe, DÇ-2018-in final oyunundan sonra gələcək karyerası ilə bağlı açıqlama verib.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı hücumçu PSJ-də qalacağını deyib:

“PSJ-də qalacam. Hələ karyeramın başlanğıcındayam”.

Fransa millisinin heyətində DÇ-2018-in qalibi olan Mbappe, mundialda 4 qol vurub.









Redaktorun seçimi