"Keşlə" vacib oyun öncəsi "başsız" qaldı

Hit: 348
"Keşlə" vacib oyun öncəsi "başsız" qaldı
"Keşlə"nin baş məşqçisi Yuri Maksimov istefa verib.
 
Faktor.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən klubun çalışdırıcısı öz istəyi ilə postunu tərk edib.
 
Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. 
 
Bu ilin yanvarından "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.








Redaktorun seçimi