Buffon PSJ karyerasına məğlubiyyətlə başladı

Hit: 334
Buffon PSJ karyerasına məğlubiyyətlə başladı

Canluici Buffon PSJ ilə ilk matçına çıxıb.

Faktor.az xəbər verir ki, italiyalı qapıçı debüt oyununda iki qol buraxıb.

Belə ki, Fransa Liqa 3 təmsilçisi "Şambli" ilə qarşılaşmada matça start heyətində başlayan Buffon ilk hissədə meydanda olub və biri penaltidən olmaqla 2 dəfə məyus olub. Komandası isə 2:4 hesabı ilə uduzub.

Qeyd edək ki, 40 yaşlı qapıçı PSJ ilə 1+1 illik müqavilə imzalayıb.

 









Redaktorun seçimi