Dünya çempionatının finallarında ilk avtoqol

Hit: 211
Dünya çempionatının finallarında ilk avtoqol

Xorvatiya millisinin futbolçusu Mario Mandzukiç dünya çempionatının finallarında ilk avtoqolun müəllifi olub.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, hazırda davam edən DÇ-2018-in finalında Fransaya qarşı matçın 18-ci dəqiqəsində öz qapılarına qol vurub. İndiyə kimi dünya çempionatının finallarında heç kim avtoqolla yadda qalmamışdı.

Qeyd edək ki, Fransa hazırda Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlir.









Redaktorun seçimi