Fransa dünya çempionudur! - YENİLƏNİB - VİDEO

Hit: 1400
Fransa dünya çempionudur! - YENİLƏNİB - VİDEO

Bu gün Rusiyada keçirilən DÇ-2018-ə yekun vurulub.

Faktor.az xəbər verir ki, 32 gün davam edən mundial final matçı ilə başa çatıb.

Həlledici qarşılaşmada Fransa və Xorvatiya üz-üzə gəlib. Finala qədər məğlubiyyət acısı yaşamayan rəqiblər dördilliyin ən yaxşısı olmaq üçün mübarizə aparıblar.

Azarkeşlərin 6 qola şahidlik etdiyi final matçı olduqca maraqlı mübarizəyə səhnə olub.

İlk hissəni qapıya cəmi 1(!) zərbə vura bilən Fransa 2:1 hesabı ilə öndə bitirib. İkinci hissədə isə əks hücumlarda diqqətli olan Deşamın komandası daha iki qol vuraraq fərqi artırıb.

Llorisin səhvindən yararlanan Mancukiç fərqi azaltsa da, bu, təsəllidən başqa bir işə yaramayıb.

Fransa tarixində ikinci dəfə dünya çempionu olub!

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu









Redaktorun seçimi