Dünya çempionu olmuş bütün məşqçilər

Hit: 257
Dünya çempionu olmuş bütün məşqçilər
Bu gün Rusiyada keçirilən dünya çempionatı başa çatacaq. Moskvadakı "Lujniki" stadionunda keçiriləcək final matçında Fransa və Xorvatiya milliləri qarşılaşacaq.
 
Faktor.az xəbər verir ki, indiyədək baş tutmuş 20 mundialın qalibi 19 fəqrli mütəxəssis olub. Yalnız Vittorio Pozzo iki dəfə kuboka sabib çıxıb. O, 1934 və 1938-ci illərdə İtaliyanı çempion edib.
 
Bu gün finalda iştirak edəcək Fransa millinin baş məşqçisi Didye Deşam və Xorvatiya yığmasının çalışdırıcısı Zlatko Daliç ilk dəfə finalda iştirak edəcək. Bu isə kuboku 20-ci fərqli mütəxəssisin qacanacağı deməkdi.
 
DÇ-1930: Alberto Suppici (Uruqvay)
DÇ-1934: Vittorio Pozzo (İtaliya) 
DÇ-1938: Vittorio Pozzo (İtaliya)
DÇ-1950: Xuan Lopes Fontana (Uruqvay)
DÇ-1954: Zepp Herberger (Qərbi Almaniya)
DÇ-1958: Visente Feola (Braziliya)
DÇ-1962: Aymore Moreyra (Braziliya)
DÇ-1966: Alf Remzi (İngiltərə)
DÇ-1970: Mario Zaqallo (Braziliya)
DÇ-1974: Helmut Şkön (Qərbi Almaniya)
DÇ-1978: Sezar Luis Menotti (Argentina)
DÇ-1982: Enzo Bearzot (İtaliya)
DÇ-1986: Karlos Bilardo (Argentina)
DÇ-1990: Frans Bekkenbauer (Qərbi Almaniya)
DÇ-1994: Karlos Alberto Parreyra (Braziliya)
DÇ-1998: Ayme Jakues (Fransa)
DÇ-2002: Luiz Felipe Skolari (Braziliya)
DÇ-2006: Marsello Lippi (İtaliya)
DÇ-2010: Visente Del Boske (İspaniya)
DÇ-2014: Yoahim Löv (Almaniya)








Redaktorun seçimi