21-ci mundial: bütün finallar və dünya çempionları - SİYAHI

Hit: 241
21-ci mundial: bütün finallar və dünya çempionları - SİYAHI
Bu gün Rusiyada keçirilən dünya çempionatı başa çatacaq. Moskvadakı "Lujniki" stadionunda keçiriləcək final matçında Fransa və Xorvatiya milliləri qarşılaşacaq.
 
Faktor.az xəbər verir ki, 21-ci dəfə keçirilən dünya çempionatını indiyədək ən çox Braziliya millisi qazanıb. İlk dəfə 1958-ci ildə dünya çempionu olan "sambaçılar" 5 dəfə kuboka sahib çıxıb.
 
Almaniya və İtaliya 4 dəfə kuboku muzeyinə aparıb. Almanlar bunun 3-də Qərbi Almaniya olaraq turnirə qaılıb. 
 
Argetina və Uruqvay milliləri 2, Fransa, İngiltərə və İspaniya yığmaları isə 1 dəfə yarışın qalibi olub.
 
Almaniya 4, Argentina və Hollandiya 3, Braziliya, İtaliya, Macarıstan və Çexslovakiya 2, Fransa və İsveç 1 dəfə finalda uduzub. 
 
DÇ-1930: Uruqvay - Argentina 4:2
DÇ-1934: İtaliya - Çexslovakiya 2:1 (əlavə vaxtda)
DÇ-1938: İtaliya - Macarıstan 4:2
DÇ-1950: Uruqvay - Braziliya 2:1
DÇ-1954: Qərbi Almaniya - Macarıstan 3:2
DÇ-1958: Braziliya - İsveç 5:2
DÇ-1962: Braziliya - Çexslovakiya 3:1
DÇ-1966: İngiltərə - Qərbi Almaniya 4:2 (əlavə vaxtda)
DÇ-1970: Braziliya - İtaliya 4:1
DÇ-1974: Qərbi Almaniya - Hollandiya 2:1
DÇ-1978: Argentina - Hollandiya 3:2
DÇ-1982: İtaliya - Qərbi Almaniya 3:1
DÇ-1986: Argentina - Qərbi Almaniya 3:2
DÇ-1990: Qərbi Almaniya - Argentina 1:0
DÇ-1994: Braziliya - İtaliya 0:0 (penalti - 3:2)
DÇ-1998: Fransa - Braziliya 3:0
DÇ-2002: Braziliya - Almaniya 2:0
DÇ-2006: İtaliya - Fransa 1:1 (penalti - 5:3)
DÇ-2010: İspaniya - Hollandiya 1:0 (əlavə vaxtda)
DÇ-2014: Almaniya - Argentina 1:0 (əlavə vaxtda)
DÇ-2018: Fransa - Xorvatiya








Redaktorun seçimi