DÇ-2018: Bürünc medallar Belçikanın oldu - YENİLƏNİB - VİDEO

Hit: 1188
DÇ-2018: Bürünc medallar Belçikanın oldu - YENİLƏNİB - VİDEO

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha bir oyun keçirilib.

Faktor.az xəbər verir ki, 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vuraraq 3-cü yerin sahibi olub.

Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.

DÇ-2018

3-cü yer uğrunda oyun

14 iyul

Belçika – İngiltərə - 2:0

Qol: Mönye, 4; Eden Azar, 82

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu









Redaktorun seçimi