DÇ-2018: Finalın hakimi bilindi

110 dəfə oxunub
DÇ-2018: Finalın hakimi bilindi

Rusiyada keçirilən dünya çempionatında son təyinatlar müəyyənləşib.

Faktor.az xəbər verir ki, FİFA final və 3-cü yer uğrunda qarşılaşmanı idarə edəcək hakimlərin adlarını açıqlayıb.

İlk olaraq iyulun 14-də Belçika ilə İngiltərə arasında baş tutacaq təsəlli matçında iranlı Alireza Faqani ədalət təmsilçisi olacaq.

Bundan bir gün sonra çempionun bəlli olacağı Fransa – Xorvatiya qarşılaşmasında isə argentinalı Nestor Pitana fit çalacaq.



Redaktorun seçimi