İquayn “Çelsi”yə keçir

53 dəfə oxunub
İquayn “Çelsi”yə keçir

İtaliyanın “Yuventus” klubunun futbolçusu Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirə bilər.

Faktor.az xəbər verir ki, argentinalı hücumçu “Çelsi”yə keçməyə razılıq verib.

Lakin İquayn maliyyə tələblərinin yerinə yetirilməsini zəruri sayır. 30 yaşlı hücumçu indiki klubunda 7,5 milyon avro qazanır və Londonda ən azı 7 milyon əldə etmək istəyir.

Qeyd edək ki, Qonsalo 2016-cı ildə “Napoli”dən “Yuventus”a 94 milyon avro qarşılığında keçib.


loading...
loading...

Redaktorun seçimi