“Keşlə” səfərdə darmadağın oldu - YENİLƏNİB

648 dəfə oxunub
“Keşlə” səfərdə darmadağın oldu - YENİLƏNİB

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” bu gün UEFA Avropa Liqasında mübarizəyə başlayıb.

Faktor.az xəbər verir ki, paytaxt təmsilçisi bu turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirib.

Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olub. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olub. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən böyükhesablı məğlubiyyətlə dönüb - 1:4. Bu da bakılıların növbəti mərhələ şansını çətinə salıb.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

“Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) - 4:1

Qollar: Alfred Effionq, 12; Lekao, 21; Boyan Kalyeviç, 34; Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen.)

Sarı vərəqə: Miloş Lepoviç, 58; Kadu, 71 - Fuad Bayramov, 38

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)

Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya)

UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq)

Ta Qali. "Sentenari" stadion



Redaktorun seçimi