“Neftçi”dən əzmkar qələbə - YENİLƏNİB

506 dəfə oxunub
“Neftçi”dən əzmkar qələbə - YENİLƏNİB

2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulan Azərbaycan klubu “Neftçi” olub.

Faktor.az xəbər verir ki, “ağ-qaralar” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.

Bakılılar “Dalğa Arena”da “Uypeşt”lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalıb. Belə ki, matç Roberto Bordinin bu postda “siftə”si olub.

Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyi bacarıb. Halbuki hesabı qonaqlar açıb. Bununla belə, bakılılar bunun əvəzini 3 topla çıxaraq, əzmkar qələbə qazanıb.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

“Neftçi” (Azərbaycan) – “Uypeşt” (Macarıstan) - 2:1

Qollar: Baqali Dabo, 24; 72; Emin Mahmudov, 90+2 - Daniel Nad, 9

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı. “Dalğa Arena”


loading...
loading...

Redaktorun seçimi