“Qəbələ” doğma meydanda məğlub oldu - YENİLƏNİB

370 dəfə oxunub
“Qəbələ” doğma meydanda məğlub oldu - YENİLƏNİB

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxıb.

Faktor.az xəbər verir ki, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunurdu. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı idi. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ”dən doğma azarkeşləri önündə qələbə gözlənilirdi. Lakin gözlənilmədən Lüksemburq təmsilçisi ikinci hissədə 10 dəqiqə ərzində 2 cavabsız qol vuraraq, öz meydanına sərfəli nəticə ilə dönür. İşini çətinə salan təmsilçimiz isə artıq səfərdə 3 cavabsız qolla qələbə qazanmaq məcburiyyətindədi.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul

“Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2

Qollar: Mayron de Almeyda, 51; Olivye Till, 61 (pen.)

Sarı vərəqələr: Jozef Monroz, 15; Təmkin Xəlilzadə, 84 - Sebastyan Till, 65; Sebastyan Floss, 72

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ. Şəhər stadionu


loading...
loading...

Redaktorun seçimi