"Barselona" yeni transferini təqdim etdi - FOTOLAR

117 dəfə oxunub
"Barselona" yeni transferini təqdim etdi - FOTOLAR

“Barselona” yeni transferi Artur Ramosu ictimaiyyətə təqdim edib.

Faktor.az katalon klubunun saytına istinadən xəbər verir ki, “Nou Kamp” stadionunda aparılan təmir işləri səbəbindən azarkeşlərin təqdimat mərasimində iştirakına icazə verilməyib.

“Barselona” Artura görə klubu “Qremio”ya 31 milyon avro ödəyib. Bununla yanaşı, 9 milyon avro bonus nəzərdə tutulub.

21 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Onun sazişdə göstərilən sərbəst qalma dəyəri 400 milyon avro təşkil edir.

 

1
1



Redaktorun seçimi