"Barselona" fransız futbolçunu heyətinə qatdı

91 dəfə oxunub
"Barselona" fransız futbolçunu heyətinə qatdı

“Barselona” mövsümlərarası fasilədə növbəti transferini rəsmiləşdirib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, “Sevilya”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Barsa”da davam etdirəcək.

Fransız futbolçunun transferi 35,9 milyon avroya başa gəlib. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, sazişin şərtlərinə əsasən, Kleman Lanqlenin sərbəst qalma dəyəri 300 milyon avro təşkil edir.



Redaktorun seçimi