"Qarabağ"ın rəqibi Bakıya iddialı gəlir

53 dəfə oxunub
"Qarabağ"ın rəqibi Bakıya iddialı gəlir
"Qarabağ” keyfiyyətli rəqibdi. Lakin bu cür təcrübəsi və ənənəsi olan komanda ilə görüşdə dominantlıq etdik. Ona görə də qolu asanlıqla vurmadılar".
 
Faktor.az xəbər verir ki, bu sözləri Sloveniyanın "Olimpiya” klubunun baş məşqçisi İliya Stolista Çempionlar Liqasının I təsnifat mərhələsinin evdə keçirdikləri ilk oyununda "Qarabağ”a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.
 
Rəqib çalışdırıcı cavab oyunu ilə bağlı iddialı danışıb: "Məğlub olduğumuz üçün təəssüflənirəm. Futbolçularımız hazırda mümkün olanın ən yaxşısını etdilər. Bu, sadəcə duelin birinci hissəsidi. Gördüklərimizi nəzərə alsaq, nəyəsə ümid edə bilərik. Hesab edirəm ki, Bakıda biz yaxşı olacağıq. Rəqib topa nəzarət edən komandadı. Öz oyunumuzu diqtə etdiyimiz üçün şadam. Biz başqa oyunçular gözləyirdik. Görünür, onlar fərqli taktikadan istifadə etməyə qərar verdilər. Bəxtsizlikdən qol buraxdıq. İmkanlardan yararlana bilmədiyimiz üçün cəzalandıq. Mən optimist olaraq qalıram".
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.
 


loading...
loading...

Redaktorun seçimi