"Qarabağ"ın cavab oyununu onlar idarə edəcək

70 dəfə oxunub
"Qarabağ"ın cavab oyununu onlar idarə edəcək

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” cavab oyununa hakim təyinatı açıqlanıb.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Erez Papir olacaq. Ona David Elias Bitton və Eliyahu Casapu köməklik edəcək. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

Xatırladaq ki, ilk oyunda "Qarabağ" rəqibini 1-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu iyulun 18-i saat 21:00-da başlayacaq.


loading...
loading...

Redaktorun seçimi