FİFA-dan Xorvatiyaya daha bir xəbərdarlıq

41 dəfə oxunub
FİFA-dan Xorvatiyaya daha bir xəbərdarlıq

FİFA Xorvatiya Futbol İttifaqına xəbərdarlıq edib.

Faktor.az xəbər verir ki, bu, DÇ-2018 zamanı Xorvatiyaya edilən ikinci xəbərdarlıqdır. FİFA bu dəfə, qrup mərhələsində Nigeriya ilə keçirilən oyunda xorvat azarkeşlərin davranışına görə federasiyaya xəbərdarlıq edib. Həmin oyunda azarkeşlər stadiona xorvat millətçilərin simvollarını gətiriblər.

FİFA bu olaya görə Xorvatiyaya cərimə kəsməyib. Ali futbol qurumu bunu onunla əsaslandırıb ki, hadisə barədə Xorvatiya Futbol İttifaqı özü məlumat verib və simvolların yığışdırılmasını təmin edib.

Xorvatiya FİFA-dan ilk xəbərdarlığı yığma üzvü Domaqoy Vidanın “Yaşasın Ukrayna” şüarına görə almışdı.


loading...
loading...

Redaktorun seçimi