Azərbaycan hakimləri Avropa Liqasında

222 dəfə oxunub
Azərbaycan hakimləri Avropa Liqasında

Azərbaycan hakimləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

Faktor.az xəbər verir ki, təmsilçilərimiz iyulun 19-da keçiriləcək qarşılaşmalarda ədaləti qoruyacaq.

Ömər Paşayev Monteneqroda yerli OFK və “B36 Torshavn” (Farer adaları) arasında görüşü idarə edəcək. Ona Namiq Hüseynov, Mübariz Haşımov və Əliyar Ağayev kömək edəcək.

“Zarya” (Moldova) – “Qurnik” (Polşa) matçında isə Rəhim Həsənov fit çalacaq. Onun köməkçiləri Yaşar Abbasovla Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabbarov olacaq.

Mənbə: affa.az


loading...
loading...

Redaktorun seçimi