"Beşiktaş"ın iki keçmiş futbolçusu - Yenidən komandaya qayıtdı - FOTOLAR

80 dəfə oxunub
"Beşiktaş"ın iki keçmiş futbolçusu - Yenidən komandaya qayıtdı - FOTOLAR

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəşə iki yeni köməkçi təyin olunub.

Faktor.az xəbər verir ki, onların hər ikisi komandanın keçmiş ulduz futbolçularıdı. Söhbət ispaniyalı Quti Hernandeslə Türkiyə millisinin sabiq hücumçusu İlhan Mansızdan gedir.

Xeyli müddət idi mətbuatda dolaşan xəbərləri nəhayət ki, İstanbul klubu özü də rəsmən təsdiqləyib. “Beşiktaş”ın sosial şəbəkə hesablarında onların işə başladıqlarına dair məlumat və birgə fotoları yayılıb. Hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulan gənc mütəxəssislər bundan sonra “qara qartal”a məşqçi kimi xidmət göstərəcəklər.

Qeyd edək ki, İlhan Mansız 2001-2004-cü illər aralığında, Quti isə 2010/11 mövsümündə “Beşiktaş”ın formasını geyinib.

1


loading...
loading...

Redaktorun seçimi