“Qarabağ”ın mümkün rəqiblərindən qolsuz bərabərlik - YENİLƏNİB

156 dəfə oxunub
“Qarabağ”ın mümkün rəqiblərindən qolsuz bərabərlik - YENİLƏNİB

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Faktor.az xəbər verir ki, 8 qarşılaşması dünən baş tutan mərhələdə eyni sayda görüş keçirilib.

Bu matçların birində Azərbaycan çempionu “Qarabağ” Sloveniya “Olimpiya”nın qonağı olubsa, təmsilçimizin mümkün rəqibləri də ilk matçlarını keçiriblər. Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqib olmaq üçün “Kukesi” və “Valletta” qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

Məğlubiyyətlə Avropa Liqasına (AL) yollanacaq “Ludoqorets”lə “Kruzaders” arasında duelin zəifi “Qarabağ” – “Olimpiya” cütünün uduzanı ilə görüşəcək. Şimali irlandların mübarizəni AL-də davam etdirəcəyini artıq əminliklə söyləmək olar. Çünki Bolqarıstan təmsilçisi doğma arenasında rəqib qapısından 7 cavabsız top keçirərək, cavab matçını formallığa çevirib.

Çempionlar Liqası

I təsnifat  mərhələsi, ilk oyunlar

11 iyul

“Astana” (Qazaxıstan) - “Sutyeska” (Monteneqro) - 1:0

Qol: Murtazayev, 29 (pen.)

“Spartak” (Slovakiya) - “Zrinski” (Bosniya və Herseqovina) - 1:0

Qol: Jirka, 79

“Suduva” (Litva) - APOEL (Kipr) - 3:1

Qollar: Kikiliya, 9, 13, 19 - Kayu, 90+4

“Spartak” (Latviya) - “Srvena Zvezda” (Serbiya) - 0:0

“Ludoqorets” (Bolqarıstan) - “Kruzaders” (Şimali İrlandiya) - 7:0

Qollar: Marselinyo, 25, 66; Braun, 40 (avtoqol); Keseru, 53; Şverçzok, 73, 78, 80

“Kukesi” (Albaniya) - “Valletta” (Malta) - 0:0

“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

“Valyur” (İslandiya) - “Rusenborq” (Norveç) - 1:0

Qol: Siqurbyornsson, 84


loading...
loading...

Redaktorun seçimi