"Qarabağ"dan çətin səfər qələbəsi - YENİLƏNİB

279 dəfə oxunub
"Qarabağ"dan çətin səfər qələbəsi - YENİLƏNİB

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib.

Faktor.az xəbər verir ki, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

ilk oyun

11 iyul

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Vild-Donald Gerye, 79

Sarı vərəqələr: Marko Putinçanin, 24 - Qara Qarayev, 31; Vild-Donald Gerye, 73; Bədavi Hüseynov, 85

Qırmızı vərəqələr: Abass İssa, 85 - Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser

Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt

Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 

Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, “Stojitse” stadionu.


loading...
loading...

Redaktorun seçimi