Belçikanın məğlubiyyətindən sonra - Brüsseldə ara qarışdı

22 dəfə oxunub
Belçikanın məğlubiyyətindən sonra - Brüsseldə ara qarışdı

DÇ-2018-in yarımfinalında keçirilən Fransa - Belçika qarşılaşmasından (1:0) sonra azarkeşlər Brüsseldə ixtişaş törədiblər.

Faktor.az xəbər verir ki, hadisə şəhərin Miruar meydanında baş verib. Bu meydanda oyunu izləmək üçün böyük ekran quraşdırılıb və minlərlə fanat qarşılaşmaya meydanda baxıb.

Oyundan sonra məğlubiyyəti həzm edə bilməyən fanatlar ətrafdakı stol-stulları çevirərək, kafeləri dağıtmağa başlayıblar. Ardınca isə kütləvi dava-dalaş düşüb.

Azarkeşlər hadisə yerinə gələn polis əməkdaşlarına da müxtəlif əşyalar atıblar. Bir polis əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 


loading...
loading...

Redaktorun seçimi