Xorvatiyadan tarixi uğur - YENİLƏNİB - VİDEO

728 dəfə oxunub
Xorvatiyadan tarixi uğur - YENİLƏNİB - VİDEO

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub.

Faktor.az xəbər verir ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.

Qeyd edək ki, Frana ilə Xorvatiya arasında final oyunu iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.

DÇ-2018

Yarımfinal

11 iyul

Xorvatiya – İngiltərə - 2:1

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5

Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu



Redaktorun seçimi