Bundesliqadan Super Liqa klubuna

38 dəfə oxunub
Bundesliqadan Super Liqa klubuna

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Faktor.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Köln” klubunda çıxış edən serbiyalı Miloş Yoyiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində daha öncə “Partizan” və “Borussiya” (Dortmund) formalarını da geyinmiş Yoyiç, artıq yeni komandasının Zalzburqdakı təlim-məşq toplanışına qatılıb.


loading...
loading...

Redaktorun seçimi