Rusiyalı futbolçu Super Liqa klubunda

102 dəfə oxunub
Rusiyalı futbolçu Super Liqa klubunda

Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan “Ərzurumspor” heyətinə daha bir futbolçu qatıb.

Faktor.az xəbər verir ki, sözügedən klub rusiyalı futbolçu Arsen Xubulovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Sağ cinah yarımmüdafiəçisi son olaraq Rusiyanın “Anji” klubunun şərəfini qoruyub. O, daha öncə “Avtodor”, “Alaniya” və “Kuban”ın da uğurları üçün çalışıb.



Redaktorun seçimi