“Qarabağ” “Ludoqorets” ilə heç-heçə etdi - VİDEO

Hit: 331
“Qarabağ” “Ludoqorets” ilə heç-heçə etdi - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib. 

Faktor.az xəbər verir ki, “köhlən atlar” Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Oyunda hesabı ilk yarıda bolqarlar açsa da, fasilədən dərhal sonra təmsilçimiz cavab qolunu vurmağı bacarıb. Sonda isə tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

“Qarabağ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Ağdam komandası ÇL-in 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə qarşılaşacaq.

Yoxlama oyunu

23 iyun


Qarabağ - Ludoqorets 1:1

Qollar: Dani Kintana, 51 - Yakub Şvierçok, 36.









Redaktorun seçimi