DÇ-2018-də növbəti rekord

Hit: 407
DÇ-2018-də növbəti rekord

Hazırda dünya çempionatında Belçika - Tunis matçı keçirilir. İkinci hissəsi oynanılan görüşdə birincilərin 4:1 hesablı üstünlüyü var.

Faktor.az xəbər verir ki, cari mundialın startından bəri bütün görüşlərdə ən az 1 qol vurulub. Artıq DÇ-2018-də ardıcıl 27 oyundu ki, 0:0 hesabı qeydə alınmır. Bu, dünya çempionatları tarixində rekord göstəricidi.

Qeyd edək ki, öncəki rekord 1954-cü ildə keçirilən dünya çempionatında qeydə alınmışdı.









Redaktorun seçimi