"VAR seçilmiş komandaların lehinə işləyir" - ŞOK İDDİA

Hit: 320
"VAR seçilmiş komandaların lehinə işləyir" - ŞOK İDDİA

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç İsveçrə ilə oynanılan görüşdən (1:2) sonra VAR (video-köməkçi hakim) haqqında danışıb.

Faktor.az xəbər verir ki, o, sistemin hakim səhvlərinin qarşısını almadığını düşünür. Miloşeviçin fikrincə, bu gedişlə daha bir neçə hakimə ehtiyac olacaq:

“Başa düşə bilmirəm, əgər bu VAR (video-köməkçi hakim) bir işə yaramırsa, niyə ona ehtiyacımız var? Bu gün hər kəs hakimin səhv etdiyini gördü. Düşünürdüm ki, VAR hakimlərin səhvlərini düzəltmək üçün var. Belə çıxır ki, bundan sonra monitor arxasında oturanların səhvlərini düzəltmək üçün də əlavə adamlara ehtiyacımız olacaq. Nəticədə, bütün dünyanın gördüyünü görməyən 100 xüsusi hakim ortaya çıxacaq”.

Vitse-prezident son olaraq VAR-ın mundialda seçilmiş komandaların xeyrinə qərarlar verdiyini sözlərinə əlavə edib: “Görünən odu ki, VAR sadəcə seçilmiş komandaların lehinə işləyir. Dünya çempionatında artıq iki dəfə Serbiyanın penaltisi verilməyib: 2 oyun və 2 səhv. Bu necə ola bilər axı? Əgər səhvlər davam edəcəkdisə, bu sistem nəyə lazım idi? Adi səhvlərdən də yox, birbaşa oyunun nəticəsinə təsir edən səhvlərdən söhbət gedir”.









Redaktorun seçimi