Belçika və Meksika 1/8 finalda, Almaniya son anda sevindi - YENİLƏNİB

Hit: 2318
Belçika və Meksika 1/8 finalda, Almaniya son anda sevindi - YENİLƏNİB

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Faktor.az xəbər verir ki, qrup mərhələsində bu gün daha 3 oyun baş tutacaq.

Günün açılış matçı G qrupu çərçivəsində olacaq. İlk görüşdə inamlı qələbə qazanan Belçika bu dəfə Tunisi sınağa çəkəcək. Avropalılar daha bir qalibiyyətlə 1/8 final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edəcək. Ancaq tunislilər İngiltərə ilə matçda “asan yem” olmadıqlarını göstəriblər.

Ardından F qrupundakı komandalar meydana çıxacaq. Əvvəlcə Meksika ilə Cənubi Koreya üz-üzə gələcək. İlk turda Almaniyanı məğlub edən meksikalılar bu görüşün də favoritidi.

Günün son qarşılaşmasında isə Almaniya İsveç önünə çıxacaq. Daha bir məğlubiyyət son dünya çempionunun qrupda qalmasını rəsmiləşdirəcək.

Dünya çempionatı

Qrup mərhələsi

II tur

F qrupu

Almaniya – İsveç - 1:2

Qollar: Marko Roys, 47 - Toyvonen, 31

Baş hakim: Şimon Marçinyak (Polşa)

Soçi. “Fişt” stadionu

Cənubi Koreya – Meksika - 1:2

Qollar: Son, 90+3 - Karlos Vela, 26 (pen.), Xavier Hernandez, 66

Baş hakim: Milorad Maziç (Serbiya)

Rostov. “Rostov Arena”

G qrupu

Belçika – Tunis - 5:2

Qollar: Azar, 6 (pen); 51, Lukaku, 16; 45+3, Batşuayi, 90 - Bronn, 18, Xazri, 90+3

Baş hakim: Jair Marrufo (ABŞ)

Moskva. “Spartak” stadionu









Redaktorun seçimi