Almaniya millisində ciddi itki

Hit: 299
Almaniya millisində ciddi itki

Dünya çempionatının qrup mərhələsinin II turunda İsveçlə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.

Faktor.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı komandanın baş məşqçisi Yoahim Löv verib.

Təcrübəli mütəxəssis mərkəz müdafiəçisi Mats Hummelsin zədələndiyini açıqlayıb. Löv ulduz futbolçunun bu səbəbdən sabahkı qarşılaşmanı buraxacağını bildirib.

Qeyd edək ki, Almaniya – İsveç görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.









Redaktorun seçimi