Sampaoli ilə bağlı qərar verildi: Qovulacaq!

Hit: 683
Sampaoli ilə bağlı qərar verildi: Qovulacaq!

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq.

Faktor.az “İndependent”ə istinadən xəbər verir ki, yayılan iddiaların əksinə, Argentina Futbol Assosasiyası təcrübəli mütəxəssislə Xorvatiya ilə görüşün ardından yox, mundial bitdikdən sonra yollarını ayıracaq.

Sampaolinin yığma ilə 5 illik müqaviləsi var. Müqavilə müddətini tamamlamadan qovulması halında, onun 20 milyon dollar təzminat alacağı bildirilir.

Qeyd edək ki, daha öncə yığma üzvlərinin Xorvatiya ilə oyundan sonra iclas keçirdiyi və Xorxe Sampaolinin komandanı Nigeriya ilə matça çıxarmasını istəmədikləri ilə bağlı xəbər yayılmışdı.









Redaktorun seçimi