Son dəqiqələrdə gələn qələbələr - YENİLƏNİB
Rusiyada keçirilən dünya çempionatı davam edir.
Faktor.az xəbər verir ki, bu gün mundialda daha 3 qarşılaşma oynanılıb.
Günün ilk matçında Braziliya Kosta Rika ilə qarşılaşıb. “Pentakampeonlar” son dəqiqələrdə vurduğu 2 qol sayəsində böyük çətinliklə qələbə qazanmağı bacarıb.
Nigeriya – İslandiya qarşılaşmasının nəticəsi də maraqla gözlənilirdi. Afrika təmsilçisi qalib gəlməklə 2-ci pilləyə yüksəlib və Argentinanı da növbəti mərhələyə ümidləndirib.
Günün son qarşılaşmasında Serbiya ilə İsveçrə üz-üzə gəlib. Serblər erkən topla hesabı açsalar da, İsveçrə son dəqiqə qolu sayəsində qələbəni bayram edib.
DÇ-2018
II tur
22 iyun
E qrupu
Braziliya – Kosta Rika - 2:0
Qollar: Koutinyo, 90+1; Neymar, 90+7
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Sankt Peterburq. “Sankt-Peterburq” stadionu
Serbiya – İsveçrə - 1:2
Qol: Aleksandr Mitroviç, 6 - Qranit Xaka, 52
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”
D qrupu
Nigeriya – İslandiya - 2:0
Qollar: Ahmad Musa, 49, 75
Sarı vərəqə: Brayan İdovu, 44
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”