"Çəkməyin, həyat yoldaşlarımız elə bilir ki..." - FOTO

Hit: 443
"Çəkməyin, həyat yoldaşlarımız elə bilir ki..." - FOTO

DÇ-2018-in azarkeşləri olduqca orijinal şüarlar səsləndirir, bannerlər açırlar.

Faktor.az xəbər verir ki, belə qeyri-adi bannerlərdən birini də İrandan gələn azarkeşlər açıblar. İspaniya ilə oyunda iranlı azarkeşlərin açdıqları bannerdə belə yazılıb:

“Çəkməyin, həyat yoldaşlarımız elə bilir ki, biz ezamiyyətdəyik”.

İran azarkeşləri bu bannerlə göstəriblər ki, onlarda özünəironiya hissi qaydasındadı. İran yığması İspaniyaya 0:1 hesabı ilə məğlub olsa da, qrupdan çıxmaq şansını saxlayır.









Redaktorun seçimi