Suares 100-cü oyununda rekord qırdı

Hit: 390
Suares 100-cü oyununda rekord qırdı

Uruqvay millisinin hücumusu Luis Suares üçün DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı matç (1:0) əlamətdar olub.

Faktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu görüşlə yığmadakı 100-cü oyununa çıxıb. Komandasının qələbə qolunun müəllifi olan 31 yaşlı hücumçu bununla da üç dünya çempionatında qol vuran ilk uruqvaylı oyunçu olub.

Qeyd edək ki, L.Suares Uruqvay millisinin tarixinin DÇ-dəki bombardirləri siyahısında Dieqo Forlana çatıb. 6 qolu olan L.Suares təkcə Oskar Miqesdən (8 qol) geri qalır.









Redaktorun seçimi