Azarkeşlər tribunada zibili təmizlədilər - FOTO - VİDEO

Hit: 415
Azarkeşlər tribunada zibili təmizlədilər - FOTO - VİDEO

DÇ-2018-i izləmək üçün Rusiyada olan Seneqal millisinin azarkeşləri nümunəvi hərəkətləri ilə diqqət çəkiblər.

Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəfdarlar Polşa ilə oyundan (2:1) sonra öz istəkləri ilə stadionda zibillədikləri yerləri təmizləyiblər. Eyni addımı Kolumbiya üzərində 2:1 hesablı qələbə qazandıqları görüşdən sonra Yaponiya millisinin azarkeşləri də atıblar.

Qeyd edək ki, hər iki oyun H qrupunda olub. Polşa – Seneqal matçı Moskvada, Kolumbiya – Yaponiya qarşılaşması isə Saranskda keçirilib. 2-ci turda məhz bu iki komanda – Seneqal və Yaponiya yığmaları üz-üzə gələcəklər.


 

 









Redaktorun seçimi