Ronaldo əfsanəni qabaqladı

Hit: 362
Ronaldo əfsanəni qabaqladı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Mərakeşlə oyunun 4-cü dəqiqəsində fərqlənib.

Faktor.az xəbər verir ki, portuqaliyalı futbolçu yığmanın heyətində vurduğu qolların sayını 85-ə çatdırıb.

Beləliklə, Ronaldo əfsanəvi Ferens Puşkaşı (84 qol) geridə qoyaraq, milli komandaların heyətində ən çox qol vuran ikinci futbolçu olub.

Qeyd edək ki, Ronaldo sözügedən göstərici üzrə təkcə İran yığmasının sabiq üzvü Ali Daeidən (109 qol) geri qalır.









Redaktorun seçimi