"Neftçi"nin 20 ildi çempion olmayan 133 yaşlı rəqibini tanıyaq

Hit: 409
"Neftçi"nin 20 ildi çempion olmayan 133 yaşlı rəqibini tanıyaq
"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bakı təmsilçisi bu mərhələdə Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşacaq.
 
Faktor.az xəbər verir ki, Budapeşt təmsilçisi 1885-ci ildə yaradılıb. 1904-cü ildə ikiinci liqanın qalibi olan komanda güclülər dəstəsinə yüksəlib. Həmin vaxtdan cəmi bir dəfə (1910-11 mövsümü) liqanı tərk edib. 
 
102 ildi güclülər dəstəsində çıxış edən 133 yaşlı klub 20 dəfə Macarıstan çempionatının, 10 dəfə ölkə kubokunun, 3 dəfə isə Super Kubokun qalibi olub. "Uypeşt” sonuncu dəfə 1997/98 mövsümündə çempion titulunu qazanıb. 
 
"Neftçi"nin rəqibi indiyədək avrokuboklarda 137 oyun keçirib. 56 qələbə qazanan, 23 heç-heçə edən komanda 58 dəə məğlub olub. Avropa arenalarıda 227 qola imza atan "bənövşəyilər” qapılarında 219 qol görüblər. 
 
1961/62 mövsümündə Kuboklar Kubokunun yarımfinaına yüksələn "Uypeşt”in qarşısını "Fiorentina" kəsib. 1968/69 mösümündə Yarmarkalar Kuokunun finalında "Nyukasl"a yenilən Budapeşt təmsilçisi 1973/74 mövsümündə Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinal çıxıb. Bu dəfə onların yolunu "Bavariya” kəsib. 
 
Komanda sonuncu dəfə 2009-10 mövsümündə avrokuboklarda iştirak edib. O zaman Avropa Liqasının II təsnifat mərhələsində "Styaua” "Uypeşt”i mübarizədən kənarlaşdırıb.
 
"Uypeşt” ev oyunlarını Ferenç Susa adına stadionda keçirir. 1922-ci ilin 17 sentyabrında açılan stadion əvvəllər "Meqyeri Uti” adlanıb, 2003-cü ilin oktyabrında klubun əfsanəvi futbolçusu, 463 matçda 392 dəfə rəqib qapılarına yol tapan Ferenç Susanın şərəfinə adlandırılıb. Arenanın azarkeş tutumu 13 min 501 nəfərdir.
 
Komandanın heyətində əsasən macar futbolçular yer alsa da, Serbiya, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Mali və Nigeriyadan 8 legioneri var.
 
"Uypeşt”in baş məşqçisi Neboyşa Viqnyeviçdi. 50 yaşlı serb mütəxəssis 2013-cü ildən komandaya başçılıq edir. 








Redaktorun seçimi