İspaniya, Portuqaliya və Uruqvaydan vacib qələbə - YENİLƏNİB

Hit: 1369
İspaniya, Portuqaliya və Uruqvaydan vacib qələbə - YENİLƏNİB

Rusiyada keçirilən DÇ-2018 davam edir.

Faktor.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma oynanılıb.

A qrupunda II turun ikinci oyunu keçirilib. Uruqvay yığması Misirdən sonra Səudiyyə Ərəbistanını da 1 qolla üstələyib. Bununla həm Uruqvay, həm də Rusiya 1/8 finala vəsiqəni rəsmiləşdirib. Səudiyyə Ərəbistanı ilə Misir üçün isə mundial qrup mərhələsindən sonra başa çatacaq.

Günün ilk matçında B qrupunda Portuqaliya ilə Mərakeş üz-üzə gəlib. Mundiala qonşusu İspaniya ilə oyunla start verən pirineylilər qollu bərabərliyin ardından Mərakeş üzərində minimalhesablı qələbə qazanıb. Bu məğlubiyyətlə Mərakeş növbəti mərhələ şansını itirib.

Qrupun ikinci oyunu günün son matçı olub. İspaniya İranla qarşılaşıb. Mundialdakı ilk görüşündən sadəcə 2 gün öncə baş məşqçi dəyişikliyi edən “matadorlar” Portuqaliya ilə bərabərə qalmışdı. İranla matçda isə qələbə qazanan komanda 1/8 finalın qapısını aralayıb.

DÇ-2018

Qrup mərhələsi

II tur

20 iyun

B qrupu

İran – İspaniya - 0:1

Qol: Dieqo Kosta, 54

Baş hakim: Andres Kunya (Uruqvay)

Kazan. “Kazan Arena"

Portuqaliya – Mərakeş - 1:0

Qol: Kriştianu Ronaldo, 4

Baş hakim: Mark Giger (ABŞ)

Moskva. “Lujniki stadionu”

A qrupu

Uruqvay – Səudiyyə Ərəbistanı - 1:0

Qol: Luis Suares, 23

Baş hakim: Kleman Turpen (Fransa)

Rostov. “Rostov Arena”









Redaktorun seçimi