Mundialın ilk uğursuzu: - Kuper istefaya göndərilir

Hit: 341
Mundialın ilk uğursuzu: - Kuper istefaya göndərilir

Misir Futbol Federasiyası yığmanın baş məşqçisi Ektor Kuperlə yollarını ayırmaq qərarına gəlib.

Faktor.az “Əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, federasiya rəhbərliyi və məşqçilər heyəti arasındakı qarşılıqlı razılaşmaya əsasən, müqaviləyə xitam veriləcək.

Kuper iyunun 25-də Volqoqradda keçiriləcək Misir – Səudiyyə Ərəbistanı matçından sonra tutduğu postdan ayrılacaq.

Qeyd edək ki, Misir dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirdiyi hər iki oyunda (Uruqvay-0:1, Rusiya-1:3) məğlub olub.









Redaktorun seçimi