Meksika millisinin kapitanına şok

Hit: 311
Meksika millisinin kapitanına şok

Rusiyada keçirilən dünya çempionatında çıxış edən Meksika millisinin kapitanı Rafael Markesin ABŞ-da futbol oynaması qadağan edilib.

Faktor.az xəbər verir ki, o, narkobaron çirkli pullarının yuyulmasında təqsirli bilinir. Bu səbəbdən 39 yaşlı müdafiəçinin Meksika və ABŞ-dakı bank hesabları dondurulub.

Qeyd edək ki, ABŞ-ın “Atlas” klubunun şərəfini qoruyan edən Markes 5 fərqli dünya çempionatında çıxış etməklə tarixə keçib.

Xatırladaq ki, Meksika millisi ilk matçında Almaniya üzərində 1:0 hesablı qələbə qazanıb.









Redaktorun seçimi