Ronaldu 5-ci dəfə ata olacaq

Hit: 325
Ronaldu 5-ci dəfə ata olacaq

Futbolçu Kriştianu Ronaldu beşinci dəfə ata olacaq.

Faktor.az xəbər verir ki, bu barədə onun model sevgilisi Corcina Rodriqez məlumat verib.

Corcina yenə hamilə olduğunu açıqlayıb.

Cütlük 2016-cı ildən görüşür. Bir il sonra cütlüyün qızı dünyaya gəlib. Bundan başqa, ötən il surroqat ana vasitəsilə ilə Ronaldunun Mateo və Eva adlı əkizi olub. Futbolçunun 8 yaşlı Ronaldu adlı daha bir oğlu var.

Ronaldu ilə Rodrigezin bu il nikah masasına oturacağı deyilir.









Redaktorun seçimi