Rəşad Sadıqovdan ehtiyatlı açıqlama

Hit: 730
Rəşad Sadıqovdan ehtiyatlı açıqlama

“Çətin iki oyun olacaq. “Olimpiya”nın gücü bəllidir, ölkəsinin çempionudu”.

Faktor.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan çempionu “Qarabağ” ilk turda Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşacaq.

Püşkün nəticəsini klubun feysbuk səhifəsinə şərh edən müdafiəçi ehtiyatlı danışıb: “Ciddi hazırlaşmalıyıq. Bu tipli qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq”.

Qeyd edək ki, iki komanda arasında ilk oyun iyulun 11-də Lyublyanada baş tutacaq. Görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək.









Redaktorun seçimi