“Qarabağ”ın ikinci mərhələdəki rəqibi də məlum oldu

Hit: 345
“Qarabağ”ın ikinci mərhələdəki rəqibi də məlum oldu

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ”ın ikinci mərhələdəki rəqibi də müəyyənləşib.

Faktor.az xəbər verir ki, Ağdam klubu ilk təsnifatdan qalib ayrılacağı halda "Kukesi” (Albaniya) – "Valetta” (Malta) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edə ki, I təsnifat mərhələsi çərçivəsində “Olimpiya” - “Qarabağ” arasındakı ilk qarşılaşma iyulun 11-də, cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.








Redaktorun seçimi