Yaponiya və Seneqaldan ilk, Rusiyadan ikinci qələbə - YENİLƏNİB

Hit: 2473
Yaponiya və Seneqaldan ilk, Rusiyadan ikinci qələbə - YENİLƏNİB

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçirilib.

Faktor.az xəbər verir ki, bununla həm qrup mərhələsində ilk tura yekun vurulub, həm də ikinci tura start verilib.

H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayıb. Heyətində ulduz futbolçuları olan cənubi amerika təmsilçisi buna rəğmən asiyalılar qarşısında aciz qalıb - 1:2.

Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulub. Bu oyunda da eyni hesab qeydə alınıb - 1:2. Afrikalılar qələbəyə sevinən tərəf olublar..

Günün son duelində isə II turun ilk görüşü oynanılıb. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verib. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması Salahın varlığında da qələbəyə həsrət qalıb. Ruslar 3:1 hesablı rahat qələbə qazanaraq 1/8 finala bir addım da yaxınlaşıblar. Bunun üçün isə sabah Uruqvayın Səudiyyə Ərəbistanına yenilməməsi bəs edəcək.

Dünya çempionatı

19 iyun

A qrupu

2-ci tur

Rusiya – Misir - 3:1

Qol: Ahmed Fathi (avtoqol), 47; Denis Çerışev, 59; Artyom Zyuba,62; - Mohamed Salah, 73

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, Şəhər stadionu

H qrupu

1-ci tur

Kolumbiya – Yaponiya - 1:2

Qollar: Xuan Kintero, 39; - Sindzi Kaqava, 6 (pen.);  Yuya Osako, 73

Qırmızı vərəqə: Karlos Sançes, 3

Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid  Şarif (Əlcəzair)

Saranks, “Mordoviya Arena”

1-ci tur

Polşa – Seneqal - 1:2

Qollar: Krixkovyak, 86 - Sionek, 38 (avtoqol), Mbaye Nianq, 60

Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, “Spartak” stadionu









Redaktorun seçimi