“Qarabağ”ın hər iki matçının tarixi açıqlandı

Hit: 406
“Qarabağ”ın hər iki matçının tarixi açıqlandı

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib.

Faktor.az “Olimpiya”nın rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşma iyulun 11-də baş tutacaq.

Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.









Redaktorun seçimi