Mundialın ilk qırmızı vərəqəsi

Hit: 643
Mundialın ilk qırmızı vərəqəsi

Rusiyadan keçirilən 21-ci dünya çempionatı davam edir. 

Faktor.az xəbər verir ki, H qrupunda mübarizə aparan Kolumbiya – Yaponiya arasında keçirilən oyun mundialın ilk qırmızı vərəqəsi ilə yadda qaldı. 

Belə ki, Kolumbiyanın yarımmüdafiəçisi Karlos Sançes oyunun 3-cü dəqiqəsində qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub. Bundan başqa kolumbiyalıların qapısına 11 metirlik cərimə zərbəsi təyin olunub

Yaponiyanın futbolçusu Kaqava zərbəni dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.









Redaktorun seçimi