“Fənərbaxça” yeni baş məşqçisi məlum oldu - FOTO

Hit: 435
“Fənərbaxça” yeni baş məşqçisi məlum oldu - FOTO

Aykut Kocamanla yollarını ayıran “Fənərbaxça” yeni baş məşqçisini tapıb.

Faktor.az yerli mətbuata istinadən xəbər verir ki, “sarı-lacivərdlilər” PSV-nin çalışdırıcısı Filip Koku ilə anlaşıb.

PSV-də uğurlu çıxışa baxmayaraq, ayrılmağı düşünən 47 yaşlı mütəxəssis İstanbul nəhəngi ilə ilkin razılıq əldə edib. Koku yeni komandasında köməkçisini də müəyyənləşdirib. Bu, “Fənər”in sabiq futbolçusu Dirk Kuytdu.

Kokunun həftə ərzində PSV ilə yollarını ayırıb, “Fənərbaxça” ilə rəsmi sözləşməyə qol çəkməsi gözlənilir. Onun yeni komandasında illik məvacibinin 3 milyon avro olacağı bildirilir. Halbuki mütəxəssis Hollandiya klubunda ilinə 750 min avro qazanır.

3 illik müqavilə imzalayacaq Kokunun uğurlu çıxış təqdirində maaşı 4 milyon avroya yüksəldiləcək.









Redaktorun seçimi